Yüksək keyfiyyətli və dünya standartlarına cavab verən məhsullar istehsal etməyi qarşısına məqsəd qoymuş “Azboru” MMC-nin Plastik boru zavodunda hal-hazırda yüksək sıxlıqlı PE100 markalı polietilendən məişətdə və sənayedə istifadə etmək üçün içməli su və qaz boruları istehsal edilir. Ümumi sahəsi 2,0 hektar olan zavod, altı istehsal xətti olmaqla istehsalat sexindən və təkrar emal sexindən ibarətdir. Burada 90 nəfərə yaxın şəxs daimi işlə təmin edilmişdir.
Zavodda quraşdırılmış avadanlıqlar dünyada öz sahəsində tanınmış şirkətlərin istehsalı olan ən müasir və beynəlxalq standartlara cavab verən avadanlıqlardır. Texnoloji proses ekoloji cəhətdən tam təhlükəsizdir. Ümumiyyətlə, müəssisəmiz üçün ən önəmli məsələlərdən biri fəaliyyətimiz zamanı ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpasıdır.
Məhsullarımız Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Uyğunluq sertifikatına və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Gigiyenik sertifikatına malikdir. Müəssisəmiz müştərilərin məmnunluğunu hər zaman diqqət mərkəzində saxlayır. Mütəxəssislərimiz onların məhsullarımız barədə irad və təkliflərini nəzərə alaraq daim istehsalın təkmilləşdirilməsi üzərində işləyirlər.
Yüksək sıxlıqlı PE100 markalı polietilendən hazırlanmış qaz boruları təbii qazın nəqli məqsədilə magistral və lokal qaz kəmərlərinin tikintisində geniş istifadə edilir. PE100 markalı polietilendən hazırlanmış qaz boruları təzyiqə davamlıdır, rahat montaj olunur və yüksək keyfiyyəti ilə seçilir. Ətraflı>>>
İçməli və texniki məqsədlər üçün su şəbəkələrində, çirkab sularının və təzyiqli kanalizasiya sularının axıdılması və suvarma sistemlərində, mədən, kimya və neft-kimya sənayesində yüksək sıxlıqlı PE100 markalı polietilendən hazırlanmış içməli su borularının istifadəsi böyük əhəmiyyətə malikdir. Ətraflı>>>