Keyfiyyətin bir tək yolu

 

 Tel.: (+99412) 565 28 53

Faks: (+99412) 565 28 51

Email: info456@azboru.az

Plastik boruların üstünlükləri

SAM_4547İlk növbədə qeyd etməliyik ki, yüksək sıxlıqlı PE100 yüksək texnoloji xüsusiyyətlərə malik olduğundan, bu xammaldan hazırlanmış borular yüksək texniki göstəriciləri ilə fərqlənirlər. PE100 markalı boruların digər markalı polietilen və polad borularla müqayisədə üstünlükləri aşağıdakılardır:

 

UCUZLUĞU

-          Metal borularla müqayisədə eyni diametrə malik PE100 boruları daha ucuz başa gəlir.

 

İSTİFADƏ MÜDDƏTİ

-          PE100 borular metal borulara nisbətən daha uzunömürlüdürlər, bu müddət ən azı 50 ildir.

-          Korroziyaya uğramırlar, katod müdafiəsinə və demək olar ki, heç bir texniki xidmətə ehtiyac olmur.

 

EKOLOJİ VƏ GİGİYENİK TƏHLÜKƏSİZLİK

-          Mikrobioloji çirklənməyə qarşı davamlıdırlar, suyun dad və iy keyfiyyətlərinə heç bir təsir göstərmir;

-          Sanitar-gigiyenik göstəriciləri ənənəvi borulara nisbətən bir neçə dəfə yüksəkdir.

-          PE100 borular metal boruları korroziyaya uğradan və sıradan çıxaran əksər kimyəvi təsirlərə qarşı yüksək davamlılığa malikdir. Belə borular toksik deyil, həlledicilərin, turşuların, qələvilərin, yağların və neft tərkibli məhsulların təsirinə uğramır.

 

QAZ VƏ MAYE BURAXMA QABİLİYYƏTİ

-          Daxili səthinin hamar olması hesabına (PE100 boruların nahamarlıq əmsalı çox aşağıdır) PE100 borularda sürtünmə nəticəsində təzyiqin aşağı düşməsi polad və çuqun borularala müqayisədə 30% aşağıdır. Buna görə də PE100 boruların qaz və maye buraxma qabiliyyəti metal və çuqun borularla müqayisədə daha yüksəkdir və zamanla bu xüsusiyyət azalmır (borunun daxili səthi ərp və yaşıl bitki ilə örtülmür);

-          PE100 borular istənilən təzyiqli axın zamanı xaricə səs ötürmür.

 

HƏDDƏN ARTIQ YÜKLƏNMƏ ZAMANI YÜKSƏK ETİBARLILIQ

-          Polietilen eyni zamanda iki xüsusiyyətə - yüksək elastikliyə və yüksək özlülüyə malikdir;

-          PE100 borular mexaniki zərbələrə davamlılığı ilə fərqlənir;

-          Yüksək təzyiqə davamlı PE100 borular hidravlik zərbələrə çox davamlıdırlar. Belə zərbələr böyük sərtliyə malik ənənəvi materiallardan olan boru xətləri üçün çox təhlükəlidir

-          PE100 borular polad borulara nisbətən hidromənşəli dağılmalara qarşı daha yüksək davamlılığa malikdir (təzyiqli və axınlı kanalizasiya şəbəkələrində qum və çınqıl hissələrinin axıdılması zamanı);

-          PE100 boruları çatlamaya qarşı unikal davamlılığı ilə fərqlənirlər. PE100 borularında çatların əmələ gəlməsi və yayılması PE80 boruları ilə müqayisədə 10 dəfə azdır.

 

SADƏ MONTAJ


-          PE100 borular polad borulara nisbətən 2-4 dəfə yüngüldür ki, bu da onların daşınmasını və montajını əhəmiyyətli dərəcədə asanlaşdırır;

-          Montaj zamanı iş həcmi və buna uyğun olaraq onun dəyəri polad borulara nisbətən 2-3 dəfə aşağı olur;

 

KƏSKİN İQLİM ŞƏRAİTİNƏ DAVAMLILIQ

-          Metal borulara nisbətən şaxtaya qarşı davamlılğı, PE100 borularını daim sərt, şaxtalı iqlimə malik ərazilərdə istifadə etməyə imkan verir.

-          Xüsusilə kəskin şaxtalı havalarda içindəki mayenin donması nəticəsində PE100 boruları digər ənənəvi borular kimi dağılmağa məruz qalmır, sadəcə ölçüsünü dəyişir və mayenin əriməsi nəticəsində əvvəlki ölçüsünə və formasına qayıdır.

Выберите язык | Select a language

Bunları bilmək maraqlıdır

Tərəfdaşlar

 

petkim mikrosan sabic
inan2 ipm logo-LyondellBasell
lowara SCG-EL-LENE abb

ideal

06

 

lunardon2  

"AZBORU" Facebook-da