Keyfiyyətin bir tək yolu

 

 Tel.: (+99412) 565 28 53

Faks: (+99412) 565 28 51

Email: info456@azboru.az

Polietilen haqqında

SAM_4530Plastik texnologiyasının sürətli inkişafı xammal istehsalı sahəsində də mühüm dəyişikliklərə səbəb olmuşdur. Ümumiyyətlə, polietilen istehsalının iki üsulu vardır: yüksək təzyiq altında aşağı sıxlıqlı, aşağı təzyiq altında orta və yüksək sıxlıqlı polietilen əldə edilir.

Aşağı sıxlıqlı polietilenin möhkəmliyi yüksək sıxlıqlı polietilenin möhkəmliyindən 2-3 dəfə az olduğundan, adətən təzyiqli boruların istehsalı zamanı belə polietilendən yalnız kiçik diametrli məhdud təyinatlı borular üçün istifadə edilir.

MRS (Minimum Required Strength) – Uzunmüddətli minimum davamlılıq boru istehsalında istifadə edilən, materialın xüsusiyyətlərini müyyənləşdirən davamlılıq göstəricisidir. Yəni borunun 10 atm işçi təzyiqdə 20o temperaturda tələb olunan minimum davamlılıqdır.  PE100 markalı borularda bu davamlılıq müddəti 50 ildir.

1950-ci illərdə əldə ediliş PE63 markalı polietilen yüksək təzyiqə ehtiyac olmayan sistemlərdə uğurla istifadə edilirdi. Texniki xüsusiyyətlərinə görə, bu materialdan istifadə yalnız aşağı təzyiqli sistemlərdə (maksimum 4 atm) mümkün olurdu. Təzyiqli boruların istehsalı üçün ilk yüksək sıxlıqlı polietilen PE63, yalnız etilen molekulundan ibarət yüksək molekulyar zəncir olan xətti homopolimer olmuşdur. Bu homopolimerin çatllamaya qarşı dayanıqlığı aşağı idi və nəticədə fiziki dəyişikliyə məruz qalırdı. Yəni uzun müddət istifadə zamanı plastik formadan kövrək formaya keçirdi. Belə borular üçün MRS 6.3 atm idi. Bu əlamətə görə bu tip boruların istehsalında istifadə olunan polietilen PE63 adlanır.

İstismar müddəti zamanı çatlamaya qarşı dayanıqlılığı artırmaq və kövrəkləşrək dağılmağın qarşısını almaq yolunda atılan addımlar öz nəticəsini verdi və ikinci nəsil polietilen yaradıldı. Sintez prosesi zamanı somonomerlərin (buten və ya heksen) tətbiq edilməsi polimerin çatlamaya qarşı dayanıqlığını kəskin şəkildə artırdı və işçi təzyiqi 8.0 atm-ə qədər yüksəldi. Bu əlamətə görə bu tip boruların istehsalında istifadə olunan polietilen PE80 adlanır.

Lakin bu zaman minimum davamlılıq müddəti, elastiklik və çatların tez əmələ gəlməsinə dayanıqlıq azalır ki, bu da belə tip polietilendən 6 atm-dən yuxarı təzyiq üçün nəzərədə tutulmuş qaz borularının istehsalında xammal kimi istifadə etməyə imkan vermir.

Yüksək qısamüddətli davamlılıq və çatlamaya qarşı yüksək dayanıqlığın birgə uyğunluğu üçüncü nəsil polietilenin alınması yolu ilə əldə edildi. İkireaktorlu sxem üzrə texnoloji prosesin məqsədyönlü aparılması nəticəsində uzunzəncirli və qısazəncirli iki qrup makromolekul əldə edilir. Bu zaman somonomer polimerin yüksək molekulyar hissəsinə daxil edilir ki, bu da polietilenin çatlamaya qarşı yüksək davamlılığını təmin edir. Polimerin aşağı molekulyar hissəsi isə kristallik sahəni təşkil edir ki, bunun da hesabına möhkəmlik, qısa və uzunmüddətli davamlılıq (10 atm) artır, elastiklik yüksəlir. Bu əlamətə görə bu tip boruların istehsalında istifadə olunan polietilen PE100 adlanır.

Polimerin çatların tez müddətdə yayılmasına qarşı dayanıqlığı yüksəkdir, buna görə də bu göstəriciyə əsasən qaz üçün 12 atm və su üçün 25 atm-dək işçi təzyiqli boruların istehsalı üçün heç bir maneə yoxdur.

PE100  markalı polietilen yüksək texnoloji xüsusiyyətlərə malikdir. Yüksək ərimə yapışqanlığına baxmayaraq, ərintidə aşağı molekulyar fraksiyanın olması yağlama rolunu oynayır və polimerin ekstruziyasını asanlaşdırır. Boruların istehsalı xüsusi problem yaratmır və müasir avadanlıqlara əlavə tələblər qoyulmur.

Böyük diametrli boruların istehsalında PE100 polietilenindən istifadə borunun material tutmunu 2 dəfə azaltmağa imkan verir. Məsələn, PE80 xammalından SDR11 normativinə görə hazırlanmış borunun icazə verilən işçi təzyiqi 10 atm olduğu halda, PE100 xammalından hazırlanmış boruda bu təzyiq 16 atm olur. Yəni, PE100 markalı polietilendən istehsal edilmiş borular daha az divar qalınlığı ilə daha yüksək təzyiqlərə davamlılıq göstərirlər.

Выберите язык | Select a language

Bunları bilmək maraqlıdır

Tərəfdaşlar

 

petkim mikrosan sabic
inan2 ipm logo-LyondellBasell
lowara SCG-EL-LENE abb

ideal

06

 

lunardon2  

"AZBORU" Facebook-da