Keyfiyyətin bir tək yolu

 

 Tel.: (+99412) 565 28 53

Faks: (+99412) 565 28 51

Email: info456@azboru.az

Plastik kütlələr və onların emalı texnologiyası

SAM_4516XVIII əsrdə təbii polimerlərin kimyəvi modifikasiya üsulu tapıldıqdan sonra, plastik kütlə sənayesi inkişaf etməyə başlamışdır. Son illər dünya miqyasında yüzlərlə yeni polimerlər sintez olunmuşdur. Yeni kimyəvi xassələrə malik polimerlərin sintezi kimya sənayesinin yüksək inkişaf səviyyəsində olduğunu göstərir.

 

Polimerlərin emalı nəticəsində hazır məhsul alınır. Polimerlərin emalının son nəticəsi lazımi istismar şəraitinə uyğun gələn məmulatların alınmasıdır.

Plastik kütlə kimyəvi məhsul olub yüksək molekullu birləşmələrdən və uzunzəncirli polimerlərdən ibarətdir.  Müasir mərhələdə plastik kütlə istehsalı hər il artır və son illərdə onun istehsalı 250 mln. tona çatmışdır. Plastik kütlə əsaslı məmulatların keyfiyyətli və ucuz olması onların istifadə sahələrini genişləndirir.  

Müasir kimya elminin mühüm nailiyyətlərindən biri təbii, mövcud materialları əvəz edə bilən yeni polimer materialların alınması və onların sənayenin müxtəlif sahələrində tətbiq edilməsidir. Plastik kütlələr asan formalaşır, korroziyaya davamlıdır, bir çox aqressiv mühitlərə davamlıdır, yaxşı rənglənir və xarici görünüşü qənaaətbəxşdir. Bir ton plastik kütlə 3-4 ton əlvan metalı əvəz edir, bu da onun iqtisadi cəhətdən əlverişli olmasına dəlalət edir.

Plastik kütlələr tətbiq sahələrindən asılı olaraq aşağıdakı qruplara bölünürlər:

  • yüksək dielektrik xassəli
  • zərbəyə davamlı
  • aqressiv mühitlərə davamlı
  • istiyə və şaxtaya davamlı
  • elastiklik qabiliyyəti
  • asan formalaşan və s.

Polietilen istehsalı üçün əsas xammal etilendir. Hal-hazırda polietilenin sənayedə yüksək, aşağı və orta təzyiqdə polimerləşmə üsulları ilə istehsalı məlumdur.

Polietilen ekstruziya, təzyiq altında tökmə və presləmə üsulları ilə emal olunur.

Müxtəlif en kəsiyinə malik istənilən uzunluqda məmulatların hazırlanmasında ekstruziya (şnek) üsulundan istifadə olunur. Polimer materiallarınekstruder ərintilərinin formalaşdırıcı quruluşdan keçərək məmulat və ya fabrikat alınması prosesinə ekstruziya emal üsulu deyilir. Ekstruziya üsulu ilə emal prosesinin mahiyyəti polimerin şnek tinləri ilə silindrin daxili səthi arasında əmələ gəlmiş vintli kanal boyunca nəqledilməsindən ibarətdir. Nəqledilmə prosesi materialın intensiv deformasiyası ilə müşahidə olunur bu isə vint kanalında təzyiqin əmələ gəlməsinə səbəb olur. Polimerin nəqli zamanı müxtəlif proseslər - materialın deformasiyası ilə əlaqədar komponentlərin qarışması, materialın silindr vasitəsi ilə qızdırılması, deformasiya işinin istiliyə çevrilməsi, polimer materialın bərk haldan özlüaxıcı hala keçməsi, nəmliyin və qazşəkilli komponentlərin qovulması baş verir. Ekstruziya üsulu ilə plyonkaları, təbəqələri, boruları almaq olar. Ekstruziya prosesi əsasən ekstruderdə aparılır. Ekstruder formalaşdırıcı başlıq ilə təchiz olunmuşdur. Ekstruderdə polimer məmulat əvvəlcə plastikləşir sonra ərinti halına keçərək formalaşır.  

 

Выберите язык | Select a language

Bunları bilmək maraqlıdır

Tərəfdaşlar

 

petkim mikrosan sabic
inan2 ipm logo-LyondellBasell
lowara SCG-EL-LENE abb

ideal

06

 

lunardon2  

"AZBORU" Facebook-da