“Azboru” Məhdud Məsuliyyətli Cəmiyyəti 2011-ci ildə təsis edilmişdir. Cəmiyyətin ilk layihəsi olan Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən Plastik boru zavodu 2012-ci ilin iyul ayında fəaliyyətə başlamışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına xüsusi qayğısı və diqqəti, belə bir istehsal sahəsinin yaradılması üçün böyük stimul olmuşdur.
Ümumi ərazisi 2.0 hektar olan zavod istehsalat sexindən və təkrar emal sexindən ibarətdir. İstehsalat sexində hal-hazırda 6 xətt fəaliyyət göstərir. Burada müxtəlif təyinatlı plastik boruların ekstruziya üsulu ilə istehsalı nəzərdə tutulmuşdur. İlk olaraq yüksək sıxlıqlı PE100 markalı polietilenindən (HDPE 100) borular istehsal edilməyə başlanmışdır. Hal-hazırda zavod PE100 xammalından istifadə etməklə diametri 16 mm-dən 630 mm-dək olan qaz və içməli su boruları istehsal edir. Zavod sutkada 56 ton polietilen boru istehsal etmək gücünə malikdir. Müəssisədə İtaliyanın “İPM”, “L.Lunardon S.R.L.”, "Lowara", İsveçrənin “ABB”, Türkiyənin “Mikrosan Makine ve Kalıp Sanayi A.Ş.”, “İnan Plastik Makinaları San. Tic. Ltd. Şti.”, “06 Soğutma Klima İthalat İhracat Sanayi ve Ticaret Ltd. Şirketi” kimi bu sahədə tanınmış şirkətlərin istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Bu da yüksək keyfiyyətli və dünya standartlarına cavab verən polietilen borular istehsal etməyə imkan yaradır.
Zavodun istehsal etdiyi məhsullar Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AZ 031.01.02.04563.12 nömrəli və AZ 031.01.02.04564.12 nömrəli Uyğunluq sertifikatlarına və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş AZ 031 2536 nömrəli Gigiyenik sertifikata malikdir. Müəssisəmizin istehsal etdiyi məhsulların əsas alıcıları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İB-nin və “Azərsu” SC-nin podratçı təşkilatlarıdır. Zavodda yüksək ixtisaslı mütəxəssislər və idarəetmə təcrübəsi olan əməkdaşlar çalışır. Ümumilikdə zavodda 90 nəfərə yaxın şəxs işlə təmin edilmişdir ki, bu da cənab Prezident İlham Əliyevin Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı və yeni iş yerlərinin yaradılması ilə bağlı verdiyi tapşırıqlara tam uyğundur.
Missiyamız – ölkəmizin təbii qaz və su sistemlərinin genişləndirilməsi və yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı layihələrə öz töhfəmizi vermək və bu sahəni yüksək keyfiyyətli polietilen borularla təchiz etməkdir.
Məqsədimiz – yüksək keyfiyyətli, dünya standartlarına uyğun məhsullar istehsal etməklə bu sahədə nəinki ölkə miqyasında, həmçinin regionda qabaqcıl mövqelərə sahib olmaqdır.
Missiyamızı həyata keçirmək və məqsədimizə çatmaq istiqamətində apardığımız məqsədyönlü fəaliyyət zamanı müəssisəmiz üçün bir neçə prioritet məsələlər vardır.
Prioritetlərimiz: