“Azboru” MMC-nin Plastik boru zavodunda istehsal edilən yüksək sıxlıqlı PE100 markalı polietilendən hazırlanmış içməli su boruları məişətdə və sənayedə suyun, o cümlədən içməli suyun nəqli üçün geniş istifadə olunur. Bu boruların tətbiq sahələri genişdir. Məsələn, içməli və texniki məqsədlər üçün su şəbəkələrində, çirkab sularının və təzyiqli kanalizasiya sularının axıdılması sistemlərində, suvarma sistemlərində, mədən sənayesində, kimya və neft-kimya sənayesində PE100 markalı polietilen boruların istifadəsi böyük əhəmiyyətə malikdir.
İstehsal etdiyimiz 16 mm-dən 630 mm-dək diametrli içməli su boruları 4 atm.-dən 25 atm.-dək təzyiqlər üçün nəzərdə tutulmuşdur. 63 mm-dək olan borular 100 və 200 metrlik buxtalar (rulonlar) şəklində, 63 mm-dən yuxarı diametrli borular isə sifarişçinin istəyindən asılı olaraq 6-13,5 metr uzunluqlarda açıq şəkildə istehsal olunur. Məhsullarımız Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZ 031.01.02.04563.12 nömrəli Uyğunluq sertifikatına və Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş AZ 031 2536 nömrəli Gigiyenik sertifikata malikdir və ГОСТ 18599-2001 standartlarının tələblərinə cavab verir.
PE100 markalı polietilen su borularının diametrlər üzrə divar qalınlıqları
millimetrlə
Borunun diametri | B o r u n u n d i v a r q a l ı n l ı ğ ı | |||||||||
PN4 SDR41 |
PN5 SDR33 |
PN6 SDR27,6 |
PN6,3 SDR26 |
PN8 SDR21 |
PN10 SDR17 |
PN12,5 SDR13,6 |
PN16 SDR11 |
PN20 SDR9 |
PN25 SDR7,4 |
|
20 | - | - | - | - | - | - | - | 2,0 | 2,3 | 3,0 |
25 | - | - | - | - | - | - | 2,0 | 2,3 | 2,8 | 3,5 |
32 | - | - | - | - | - | 2,0 | 2,4 | 3,0 | 3,6 | 4,4 |
40 | - | - | - | - | 2,0 | 2,4 | 3,0 | 3,7 | 4,5 | 5,5 |
50 | - | - | 1,8 | 2,0 | 2,4 | 3,0 | 3,7 | 4,6 | 5,6 | 6,9 |
63 | - | 2,0 | 2,4 | 2,5 | 3,0 | 3,8 | 4,7 | 5,8 | 7,1 | 8,6 |
75 | 2,0 | 2,3 | 2,7 | 2,9 | 3,6 | 4,5 | 5,6 | 6,8 | 8,4 | 10,3 |
90 | 2,2 | 2,8 | 3,3 | 3,5 | 4,3 | 5,4 | 6,7 | 8,2 | 10,1 | 12,3 |
110 | 2,7 | 3,4 | 4,0 | 4,2 | 5,3 | 6,6 | 8,1 | 10,0 | 12,3 | 15,1 |
125 | 3,1 | 3,9 | 4,5 | 4,8 | 6,0 | 7,4 | 9,2 | 11,4 | 14,0 | 17,1 |
140 | 3,5 | 4,3 | 5,1 | 5,4 | 6,7 | 8,3 | 10,3 | 12,7 | 15,7 | 19,2 |
160 | 4,0 | 4,9 | 5,8 | 6,2 | 7,7 | 9,5 | 11,8 | 14,6 | 17,9 | 21,9 |
180 | 4,4 | 5,5 | 6,5 | 6,9 | 8,6 | 10,7 | 13,3 | 16,4 | 20,1 | 24,6 |
200 | 4,9 | 6,2 | 7,2 | 7,7 | 9,6 | 11,9 | 14,7 | 18,2 | 22,4 | 27,4 |
225 | 5,5 | 6,9 | 8,2 | 8,6 | 10,8 | 13,4 | 16,6 | 20,5 | 25,2 | 30,8 |
250 | 6,2 | 7,7 | 9,1 | 9,6 | 11,9 | 14,8 | 18,4 | 22,7 | 27,9 | 34,2 |
280 | 6,9 | 8,6 | 10,1 | 10,7 | 13,4 | 16,6 | 20,6 | 25,4 | 31,3 | 38,3 |
315 | 7,7 | 9,7 | 11,4 | 12,1 | 15,0 | 18,7 | 23,2 | 28,6 | 35,2 | 43,1 |
355 | 8,7 | 10,9 | 12,9 | 13,6 | 16,9 | 21,1 | 26,1 | 32,2 | 39,7 | 48,5 |
400 | 9,8 | 12,3 | 14,5 | 15,3 | 19,1 | 23,7 | 29,4 | 36,3 | 44,7 | 54,7 |
450 | 11,0 | 13,8 | 16,3 | 17,2 | 21,5 | 26,7 | 33,1 | 40,9 | 50,3 | 61,5 |
500 | 12,3 | 15,3 | 18,1 | 19,1 | 23,9 | 29,7 | 36,8 | 45,4 | 55,8 | 68,3 |
560 | 13,7 | 17,2 | - | 20,3 | 26,7 | 33,2 | 41,2 | 50,8 | 62,5 | - |
630 | 15,4 | 19,3 | - | 22,8 | 30,0 | 34,4 | 46,3 | 57,2 | 70,3 | - |